“Huawei” şirkəti Pekində “Balong 5000” adlı ilk işlək “5G” modem nümunəsini təqdim edib. Mobil şəbəkədə məlumatların çox yüksək sürətlə ötürülməsi yeniliyin əsas özəlliyidir.
NUHÇIXAN “4pda.ru” saytına istinadən bildirir ki, sınaqlar zamanı “5G” modem nümunəsi aşağı tezlik diapazonunda (6 QHs-dək) 4,6 Qbit/s-lik, millimetrlik diapazonda isə 6,5 Qbit/s-lik qoşulma sürəti nümayiş etdirib.
İstehsalçıların məlumatına görə, “Balong 5000” adlı 5G modem “V2X” (vehicle-to-everything) texnologiyasını dəstəkləyir və sabit əlaqəni təmin etməklə avtomobillərin bort sistemlərinə quraşdırıla bilər. “Huawei” nümayəndələrinin sözlərinə görə, “5G” şəbəkəsinə qoşulma vaxtı modemin effektivliyi analoji LTE həllərlə müqayisədə 10 dəfə yüksəkdir.