ÜST rəsmisi: Meymunçiçəyi yeni COVID-19 deyil

A- A A+

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa üzrə regional direktoru Hans Klüge meymunçiçəyi epidemiyasının yeni COVID-19 olmadığını deyib.

NUHÇIXAN xəbər verir ki, o, səlahiyyətlilərin virusun yayılmasına necə nəzarət edəcəyini açıq şəkildə bildiyini, virusa nəzarət vasitələri haqqında çox şeyin məlum olduğunu deyib. Ekspert bildirib ki, vaksinlərin ən çox ehtiyac duyulan ərazilərə çatdırılması kimi tədbirlərlə virusun qarşısı alına bilər.

Klüge deyib ki, regionlarda və qitələrdə meymunçiçəyi ilə bağlı birlikdə mübarizə aparmaq lazımdır və bu virusun qarşını almaq mümkündür.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: