İranda avtobus qəzaya uğrayıb, 35 zəvvar ölüb - FOTOLAR
İranın Yəzd əyalətində pakistanlı zəvvarları daşıyan avtobusun qəzaya uğraması nəticəsində 35 nəfər ölüb, daha 15 nəfər yaralanıb.
NUHÇIXAN "Kommersant"a istinadən xəbər verir ki, bu barədə İran hüquq-mühafizə qüvvələrinin yol polisinin rəhbəri, general Teymur Hoseyni bildirib.
Məlumata görə, hadisə avqustun 20-də axşam saatlarında baş verib. Avtobus Pakistandan İraqa gedirmiş.
Qəzaya səbəb kimi əyləc sisteminin texniki nasazlığı göstərilib.