BMT din və etiqad zəminində zorakılıq aktlarını pisləyib

A- A A+

Bütün dünyada ayrı-ayrı şəxslərə, o cümlədən planetin müxtəlif yerlərində dini icmalara və dini azlıqlara mənsub olanlara qarşı dinə və ya etiqada əsaslanan dözümsüzlük və zorakılıq halları baş verməkdə davam edir. Əksər hallarda bu cür hadisələrin sayı və intensivliyi cinayət xarakterli ola bilər. Belə əməllərə cavab olaraq, BMT Baş Assambleyası 2019-cu ildə “Din və ya etiqad zəminində zorakılıq aktları qurbanlarının Beynəlxalq Anım Günü”nün təsis edilməsinə dair qətnamə qəbul edib, bu qətnamədə ayrı-ayrı şəxslərə, o cümlədən müxtəlif dinlərə və etiqadlara mənsub olanlara qarşı davam edən zorakılıq və terror aktları pislənilir.

NUHÇIXAN xəbər verir ki, Baş Assambleyanın qəbul etdiyi qətnamədə avqustun 22-də qeyd olunan din və ya etiqad zəminində zorakılıq aktları qurbanlarının Beynəlxalq Anım Günü bir gün əvvələ təsadüf edən Beynəlxalq Terror Qurbanlarının Anım Günündən dərhal sonra gəlir.

BMT diqqətə çatdırır ki, bəşəriyyətin tarixi dini və ya hər hansı digər inanclar zəminində girov və zorakılığın qurbanı olmuş insanların ölümünün kifayət qədər nümunələrini ehtiva edir. Təcrübə göstərir ki, ideologiya və inanclar qeyri-maddi təbiəti etibarilə təhlükəli ola bilir.

Sənədə deyilir: “Din və inanc əsasında zorakılığın hər hansı təzahürünün yolverilməzliyinin göz qabağında olduğu, bəşəriyyətin ayrı-seçkilik və insan tələfatının bütün tarixi nümunələrinin dəhşətlərini dərk etməsinin zəruri hal aldığı indiki vaxtda xalqa qarşı kütləvi xarakterli zorakılıq halları baş verməkdə davam edir”.

BMT Baş Assambleyası yeni anım tarixini təyin edərkən bütün dövlət və qeyri-hökumət təşkilatlarını, dini konfessiyaların nümayəndələrini din və etiqad zəminində zorakılıq aktlarının qurbanı olmuş və həlak olmuş insanların xatirəsini yad etməyə çağırıb.

Bu çağırış bütün bəşəriyyətə ünvanlanıb. O, sosial inkişafın humanist prinsiplərinin yayılmasına, insanlar arasında dialoq və tolerantlığa əsaslanan münasibətlərin qurulmasına yönəlib.

BMT öz qətnaməsində həm insana, həm də onun əmlakına, evinə, mədəni dəyərlərinə, məbədlərinə, məktəblərinə yönəlmiş zorakılıq aktlarını qətiyyətlə pisləyib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: