Türkiyə XİN bəzi mətbu orqanlarda Türkiyə Milli Agentliyi ilə bağlı yayılan iddiaları təkzib edib

A- A A+

Bəzi mətbu orqanlarda Türkiyə Milli Agentliyi tərəfindən müəyyən fond və dərnəklərə Avropa İttifaqından vəsait ayrılması ilə bağlı iddialar həqiqəti əks etdirmir.

NUHÇIXAN xəbər verir ki, bu barədə Türkiyənin Xarici İşlər Nazirliyinin (XİN) bəyanatında bildirilib.

Qeyd olunub ki, Türkiyə Milli Agentliyi 2004-cü ildən bəri vətəndaşlarımıza xaricdə təhsil, təcrübə və könüllülük vasitəsilə fərdi və peşəkar inkişaf imkanları təqdim edir. Bundan əlavə, Agentlik dövlət qurumları, özəl sektor və qeyri-hökumət təşkilatlarının xaricdəki tərəfdaşları ilə birgə həyata keçirdikləri layihələrə qrant dəstəyi verir. Bu çərçivədə 2004-cü ildən indiyədək 39 mindən çox layihəyə qrantlar ayrılıb, 630 mindən çox vətəndaşa xaricdə fərdi və peşəkar inkişaf imkanı yaradılıb. Türkiyə Milli Agentliyinin Erasmus+ Proqramı çərçivəsində ayırdığı vəsaitin təxminən 46 faizi universitetlərimiz, 23 faizi peşə liseylərimiz, 15 faizi məktəblərimiz, 11 faizi gənclər təşkilatları, 5 faizi isə böyüklərə təhsil verən qurumlar tərəfindən istifadə olunur.

“Türkiyə Milli Agentliyinə daxil olan bütün müraciətlər Agentlikdən kənar müstəqil ekspertlər tərəfindən qiymətləndirilir və qrant almaq haqqı qazanan layihələr onlar tərəfindən müəyyənləşdirilir. Dəstəklənən bütün tədqiqatlar Avropa Komissiyası tərəfindən dərc edilən qaydalara uyğun olaraq qurumun nəzarəti altında həyata keçirilir. Cəmiyyəti çaşdırmaq məqsədi daşıyan və məqsədyönlü şəkildə yayılan xəbərlərə inanmamaq olduqca vacibdir”, - deyə bəyanatda bildirilib.

Qeyd edək ki, Türkiyə Milli Agentliyi türkiyəli gənclərin Avropa İttifaqı ölkələrində təhsil, idman, təlim, təcrübə, peşəkar inkişaf kimi bir sıra proqramlarda iştirakını dəstəkləyən, eləcə də qurumlar arasında əməkdaşlığa töhfə verən qrant proqramıdır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: