Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) açıqladığı hesabata görə, Sudanın beş əyalətində vəbaya 658 yoluxma və 28 ölüm halı qeydə alınıb. Ölüm hallarının nisbəti 4,3 faiz təşkil edib. Daşqınlar, eləcə də məcburi köçkün düşərgələrində və icmalarda su, gigiyena və sanitar şəraitin son dərəcə acınacaqlı vəziyyətdə olması Sudanda yeni xolera dalğasını sürətləndirib.
NUHÇIXAN xəbər verir ki, bu barədə BMT-nin mətbuata açıqlamasında bildirilib.
ÜST-nin hesabatına əsasən, Kassala əyalətində 473, Gedarefdə 110 və Əl-Jazirahda isə 51 yoluxma halı qeydə alınıb. Xartum və Nil çayı tərəfdə isə yoluxma sayı nisbidir. Yeni yoluxma dalğasının 2023-cü ilin sentyabrında elan edilmiş əvvəlki epidemiya ilə əlaqəsi yoxdur.
BMT-dən həmçinin bildirilib ki, Kassala əyalətinin iki rayonunda vəbaya qarşı üçgünlük peyvənd kampaniyası başa çatıb. Ancaq yoluxma halları hələ də çoxalmaqdadır.