Kinşasa fransız diplomatlarına qarşı törədilən zorakılığı pisləyir

A- A A+

Konqo diplomatiyasının rəhbəri paytaxt Kinşasada üç fransız diplomatına qarşı törədilən zorakılıq hadisəsini qətiyyətlə pisləyib və buna görə təəssüfünü bildirib. Hadisə torpaq münaqişəsi zəminində baş verib.

NUHÇIXAN xəbər verir ki, Konqo mediasının məlumatına görə, Fransa səfirliyinin 1-ci müşaviri, mədəniyyət işləri üzrə müşaviri və mühafizəçisi polis və prokurorluq əməkdaşları tərəfindən təhdid edilib. Mədəniyyət işləri üzrə müşavir döyülüb, açarları təhvil verməyə məcbur edilib və xəstəxanaya yerləşdirilib. Onun villasının qapıları sındırılıb və mebelləri boşaldılıb.

Konqonun xarici işlər üzrə dövlət naziri Tereza Vaqner Kayikvamba mətbuata açıqlamasında bildirib ki, hazırda bu əməllərə görə məsuliyyət daşıyan şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb edilməsi üçün araşdırmalar aparılır.

İstintaqa yaxın mənbənin məlumatına görə, hadisələrin torpaq münaqişəsi kontekstində baş verdiyi təsdiqlənib. Araşdırmadan sonra azı beş polis əməkdaşı həbs edilib. Fransa rəsmiləri bu hadisələrlə bağlı hələ şərh verməyib.

Qeyd edək ki, əslində Afrika xalqlarının Qərbə, xüsusən də Fransanın buradakı hərbi-siyasi təsirlərinə qarşı çıxması başa düşüləndir. Çünki problemin dərin kökləri var. Afrikanın bütün ölkələrində əhali yüksək sürətlə artsa da, “qara” qitədə bərabərsizlik və yoxsulluq səviyyəsi dünyada ən aşağı olaraq qalır. Bunun səbəbini isə Fransanın bu ölkələrdə apardığı müstəmləkə siyasətində görürlər. Məhz buna görə son illər bir çox Afrika ölkəsi Fransadan onların ərazisini tərk etməyi tələb edirlər.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: