Niderland “Uber”i 290 milyon avro cərimələyib

A- A A+

Niderland hakimiyyəti “Uber” şirkətini avropalı taksi sürücülərinin şəxsi məlumatlarını ABŞ-a köçürməkdə və həmin məlumatları kifayət qədər qorumamaqda təqsirləndirib.

NUHÇIXAN xəbər verir ki, bu barədə Hollandiya Şəxsi Məlumatların Mühafizəsi Təşkilatı (AP) məlumat yayıb. Bildirib ki, avropalı sürücülərin məlumatlarını ABŞ-dakı qərargahına ötürməsinə görə “Uber” 290 milyon avro cərimələnib.

AP Fransada 170-dən çox sürücünün şikayətindən sonra araşdırmaya başlayıb. İstintaq İnformasiya Texnologiyaları və Azadlıqlar üzrə Milli Komissiya (CNIL) ilə birgə aparılıb. CNIL-in məlumatına görə, cərimə iyulun 22-də tətbiq edilib. AP hesab edir ki, “Uber” Ümumi Məlumatların Qorunması Qaydalarını (GDPR) ciddi şəkildə pozub. “Uber” bu qərara, eləcə də AP-nin 2020-ci ildən 2023-cü ilə qədər ABŞ-a məlumat ötürülməsini tənzimləyən qaydaların şərhinə etiraz edir, bu müddət Avropa və Amerika qurumlarının razılığa gələ bilmədiyi dövrdür”, - deyə şirkətin kommunikesində yazılıb. “Uber”in mətbuat katibi bildirib ki, bu, qərəzli qərardır və qeyri-adi cərimə tamamilə əsassızdır. "Biz müraciət edəcəyik və sağlam düşüncənin qalib gələcəyinə əminik",-deyə o əlavə edib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: