Lavrov: Fransa hakimiyyəti Durovu şifrələmə kodlarını əldə etmək ümidi ilə saxlayıb

A- A A+

Moskva və Paris arasında münasibətlər, o cümlədən Fransanın söz azadlığı məsələsindəki mövqeyinə görə ən aşağı həddə çatıb.

NUHÇIXAN-ın məlumatına görə, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov Teleqramın qurucusu Pavel Durovun Fransada saxlanmasını şərh edərkən deyib.

Onun sözlərinə görə, Rusiya Federasiyasının Fransada Durova çıxışı ilə bağlı notası nəzərdən keçirilir. O, həmçinin qeyd edib ki, Telegram platforması rahat və “həqiqətən qorunur” və Durovun saxlanması bunu sübut edir.

Lavrov əlavə edib ki, Fransa hakimiyyəti Durovu şifrələmə kodlarını əldə etmək ümidi ilə kiminsə məsləhəti ilə saxlayıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: