Ukraynanın Rusiya qazının tranziti ilə bağlı müqaviləni yeniləməkdən imtina etməsi avropalı istehlakçıların maraqlarına ciddi ziyan vuracaq.
NUHÇIXAN xəbər verir ki, bu barədə Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib.
“Alternativ marşrutlar var, bilirsiniz ki, Türkiyədə qovşağın yaradılması planları gündəmdədir, bu istiqamətdə işlər gedir”, -deyə o bildirib.