Durova Fransada yalnız məhkəmənin müəyyən etdiyi ünvanda yaşamağa icazə verilib

A- A A+

“Telegram”ın təsisçisi Pavel Durov Fransada hakimin müəyyən etdiyi ünvanda yaşaya bilər.

NUHÇIXAN xəbər verir ki, bu barədə "Liberation" Paris prokurorluğuna istinadən yazıb.

Məlumata görə, iş adamının elektron qolbaq taxmasına ehtiyac olmayacaq, çünki o, ev dustaqlığında deyil və buna görə də məhkəmənin müəyyən etdiyi məhdudiyyətlərə əməl etmək, məsələn, mütəmadi olaraq müəyyən polis bölməsinə baş çəkmək şərti ilə Fransa ərazisində hərəkət edə bilər.

O, köçərkən yeni ünvanı hakimlə razılaşdırmalı və həftədə iki dəfə polis bölməsinə gəlməlidir.

Prokurorluq, həmçinin P.Durovun bütün pasportlarının müsadirə olunduğunu bildirib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: