İraq, Suriya və Türkiyədə 19 terrorçu öldürülüb

A- A A+

İraq və Suriyanın şimalında 17, Türkiyənin Mardin əyalətində isə iki terrorçu öldürülüb.

NUHÇIXAN xəbər verir ki, məlumatı “TRT Haber” yayıb.

Türkiyə Müdafiə Nazirliyi bildirib ki, Silahlı Qüvvələr İraqın Qara, Metina və “Pençe-Kilit” antiterror əməliyyat bölgəsində PKK terror qruplaşmasının 15, Suriyanın şimalında, Menbuci bölgəsində isə PKK/YPG terror qruplaşmasının iki silahlısını öldürüb.

Daxili işlər naziri Əli Yerlikayanın sözlərinə görə, Türkiyənin Mardin əyalətinin Nusaybin rayonunda keçirilən “GÜRZ-11” antiterror əməliyyatı nəticəsində iki terrorçu zərərsizləşdirilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: