Türkiyədə polis əməkdaşlarını daşıyan mikroavtobus qəzaya uğrayıb, yaralılar var

A- A A+

Türkiyənin Əskişəhər şəhərində polis əməkdaşlarını daşıyan mikroavtobusun qəzaya uğraması nəticəsində 14 nəfər yaralanıb.

NUHÇIXAN xəbər verir ki, bu barədə “TRT Haber” məlumat yayıb.

Bildirilib ki, olay Afyonkarahisar – Əskişəhər magistralında baş verib. Belə ki, sözügedən istiqamət üzrə hərəkət edən mikroavtobus yoldan çıxaraq maneəyə çırpılıb.

Qeyd olunub ki, yaralılar Əskişəhər Osmanqazi Universiteti Xəstəxanasına çatdırılıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: