Türkiyənin bütün bölgələrində silah alverçilərinə qarşı əməliyyat keçirilib

A- A A+

Türkiyənin bütün bölgələrində silah alverçilərinə qarşı “Mercek-24” əməliyyatı keçirilib.

NUHÇIXAN xəbər verir ki, bu barədə ölkənin daxili işlər naziri Ali Yerlikaya “X”də yazıb.

O bildirib ki, 81 vilayətdə keçirilən əməliyyat nəticəsində 1975 silah, o cümlədən 975 sənədsiz tapança, 410 boş güllə atan tapança, 33 uzun lüləli tüfəng, 558 sənədsiz ov tüfəngi ələ keçirilib.

Əməliyyat nəticəsində 1878 şübhəli saxlanılıb.

A.Yerlikaya bildirib ki, ən çox silah ələ keçirilən və şübhəli saxlanılan 5 şəhər ardıcıllıqla İstanbul, Adana, İzmir, Mardin və Ankaradır.

Nazir əməliyyatların davam edəcəyini qeyd edib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: