Türkiyə fiziki məhdudiyyətli şəxslərin ictimai nəqliyyatdan istifadəsini asanlaşdırmaq üçün 100 milyon lirə ayırır - FOTOLAR

A- A A+

Türkiyə hökuməti fiziki məhdudiyyətli vətəndaşlarının həyat səviyyəsinin yaxşılaşdırılması üçün “Nəqliyyatda Əlçatanlıq Çağırışı” layihəsinə başlayır.

NUHÇIXAN “Anadolu” agentliyinə istinadla xəbər verir ki, bunu Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu bildirib.

Nazir qeyd edib ki, “Hər kəs üçün maneəsiz nəqliyyat” adı ilə həyata keçiriləcək elektron ünsiyyətə əsaslanan “Ar-Ge” layihələrinə hökumət 100 milyon lirə dəstək verəcək.

A.Uraloğlu əlavə edib ki, layihənin başlanğıcına dəstək üçün ilkin mərhələdə 15 milyon lirə ayrılacaq. Layihəyə nəqliyyat və rabitə sahəsində fəaliyyət göstərən dövlət və özəl şirkətlər cəlb olunacaq.

Nazir bildirib ki, hərəkət qabiliyyəti məhdud olan şəxslərə gündəlik səyahətlər üçün şəxsi nəqliyyat vasitələri və ictimai nəqliyyatdan başqa alternativ nəqliyyat imkanlarının təmin edilməsinə ehtiyac var: “Bu ehtiyaca uyğun olaraq, əlçatan ortaq nəqliyyat vasitələri və məhdud hərəkətliliyi olan şəxslərin gündəlik səyahətlərini asanlaşdıracaq alternativ nəqliyyat vasitələrinin istifadəsini təmin edəcək müxtəlif texnologiyalara dəstək veriləcək. Bundan başqa, bütün fiziki məhdudiyyətli şəxslər üçün aydın şəkildə izlənilə bilən xəbərdarlıq sistemləri, habelə fövqəladə hallarda fiziki məhdudiyyətli şəxslərlə operatorlar arasında əlaqəni təmin edən sistemlərin inkişafı üçün elektron rabitə xidmətləri yaradılacaq”.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: