Ermənistan silahlı qüvvələrinin əsgəri Edqar Aleksanyanın ölümü ilə bağlı başlanılan cinayət işi üzrə onun xidmət yoldaşı saxlanılıb.
NUHÇIXAN xəbər verir ki, bu barədə “Sputnik-Armeniya” mənbələrə istinadən məlumat yayıb.
Daha əvvəl Ermənistanın müdafiə nazirliyi məlumat yayıb ki, sentyabrın 2-də səhər saatlarında hərbi hissələrdən birində Edqar Aleksanyanın meyiti aşkarlanıb. İlkin məlumata görə, çənə nahiyəsində atəşi hərbçi özü açıb.