Zaxarova: Ermənistan verdiyi bəyanatlara baxmayaraq, hələ də KTMT-nin bir hissəsidir

A- A A+

Ermənistan de-yure olaraq öz hüquq və öhdəlikləri ilə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) tamhüquqlu üzvü olaraq qalır.

NUHÇIXAN xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinq zamanı deyib.

O qeyd edib ki, Ermənistan təşkilatla qarşılıqlı münasibətləri “kənara qoymaq” mövqeyindədir: “Fikrimizcə, bu, erməni xalqının maraqlarına ziddir. Ümid edirik ki, Ermənistanın özünün və bütövlükdə regionun təhlükəsizliyi naminə tam tərəfdaşlığımız bərpa olunacaq”.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: