Ermənistan MDB-nin qeyri-rəsmi sammitində iştirak edəcək.
NUHÇIXAN Ermənistan KİV-ə istinadən xəbər verir ki, bunu Ermənistan xarici işlər nazirinin müavini Mnatsakan Səfəryan deyib.
Onun sözlərinə görə, Ermənistan tərəfinin bu tədbirdə hansı səviyyədə iştirak edəcəyi hələlik məlum deyil.
Bu gün Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov qeyri-rəsmi sammitin Moskvada Qələbə Paradı ərəfəsində keçiriləcəyini açıqlayıb.