Keniyanın Nyeri şəhərində məktəbdə baş verən yanğın nəticəsində azı 16 şagird həlak olub.
NUHÇIXAN xəbər verir ki, bu barədə Citizen TV telekanalı yerli hakimiyyət orqanlarına istinadla məlumat yayıb. Hadisə zamanı daha 14 şagirdin müxtəlif dərəcəli xəsarətlər aldığı və yaxınlıqdakı xəstəxanalara aparıldığı bildirilir.
Hazırda polis araşdırma aparır, yanğının səbəbi açıqlanmır.