Kazanda keçiriləcək BRİCS sammitində Ermənistanı ölkənin baş naziri Nikol Paşinyan təmsil edəcək.
NUHÇIXAN Ermənistan KİV-ə istinadən xəbər verir ki, bu barədə ölkə parlamentinin xarici əlaqələr üzrə daimi komissiyasının sədri Sarkis Xandanyan məlumat verib.
Qeyd edək ki, BRİCS sammiti 2024-cü il oktyabrın 22-24-də Kazanda keçiriləcək.