Mumbaydan Münhenə uçan “Vistara Airlines” aviaşirkətinə məxsus sərnişin təyyarəsi göyərtəsinə bomba qoyulmasına dair məlumatla əlaqədar Türkiyənin Ərzurum şəhərinin hava limanında məcburi eniş edib.
NUHÇIXAN bu barədə “TRT Haber”ə istinadən xəbər verir.
Ərzurum valisi Mustafa Çiftçi bildirib ki, hadisə ilə bağlı Ərzurum hava limanına minik və çıxış müvəqqəti qadağan edilib.