Gürcüstanın cənubundakı Kvemo Kartli bölgəsinin Dmanisi şəhərində 4,1 bal maqnitudada zəlzələ baş verib.
NUHÇIXAN TASS-a istinadən xəbər verir ki, bu barədə Milli Seysmik Monitorinq Mərkəzi məlumat yayıb.
Zəlzələnin episentri Tbilisidən 49 km aralıda, zəlzələ ocağı 7 kilometr dərinlikdə yerləşib.
Tələfat və dağıntılar barədə məlumat yoxdur.