Almaniyanın “Bayerische Motoren Werke AG” (BMW) və Yaponiyanın “Toyota” şirkətləri birlikdə hidrogen yanacağı ilə işləyən elektrik avtomobilləri işləyib hazırlayacaq.
NUHÇIXAN xəbər verir ki, 2028-ci ildə BMW mövcud model sıralarından birinə hidrogenlə işləyən avtomobil əlavə edəcək. Güc bloklarını tərəfdaşlar birlikdə işləyib hazırlayacaqlar.
Şirkətin hidrogen avtomobilləri üzrə vitse-prezidenti Mixael Rat jurnalistlərə bildirib ki, yeni BMW avtomobilləri evdə enerji doldurma cihazları olmayan və ya belə şəbəkələrə çıxışı olmayan uzun məsafələr sürməli olan alıcılar üçün nəzərdə tutulub.
Avtomobillər akkumulyatordan deyil, yanacaq elementinin içərisində hidrogen və oksigenin qarşılıqlı təsiri nəticəsində istehsal edilən elektrik enerjisi ilə işləyir. Eyni zamanda, BMW hidrogen avtomobillərinə akkumulyatorla işləyən avtomobillərin əvəzedicisi kimi baxmır.