Türkiyənin kibertəhlükəsizlik üzrə milli strategiyası qüvvəyə minib

A- A A+

Türkiyənin 2024-2028-ci illər üçün Milli Kibertəhlükəsizlik Strategiyası və Fəaliyyət Planı qüvvəyə minib.

NUHÇIXAN xəbər verir ki, Prezident Rəcəb Tayyib Ərdoğanın bununla bağlı müvafiq Fərmanının mətni şənbə günü rəsmi hökumət qəzeti “Resmi Gazete”də dərc olunub.

Sənəddə kibertəhlükəsizliyi ölkənin milli təhlükəsizliyinin ayrılmaz tərkib hissəsinə çevirən Türkiyənin iqtisadi inkişafında informasiya texnologiyalarının roluna diqqət çəkilir.

Qeyd olunur ki, kibertəhlükəsizlik sahəsində yeni Milli Strategiya və Fəaliyyət Planı 2013-2014-cü illəri əhatə edən üç analoji sənədin məntiqi davamıdır.

Fərmanın tələblərinin həyata keçirilməsi ilə bağlı addımların əlaqələndirilməsi Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyinə həvalə edilib.

Qarşıdakı müddətdə Türkiyədə yerli texnologiyaların inkişafının dəstəklənməsi, 5G kimi yeni nəsil texnologiyaların tətbiqi fonunda diqqətin proaktiv kibermüdafiəyə yönəldilməsi və kibercinayətkarlıqla mübarizədə beynəlxalq əməkdaşlığın gücləndirilməsi istiqamətində gələcək addımların atılması planlaşdırılır.

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: