“Tesla” avtopilot sistemini Çin və Avropa bazarlarına çıxarmaq istəyir

A- A A+

Amerikanın “Tesla” şirkəti gələn il “Full-Self Driving” (FSD, “avtopilot”) sürücüyə yardım sistemini Çin və Avropa bazarlarına çıxarmağı planlaşdırır.

NUHÇIXAN avtomobil istehsalçısının sosial şəbəkələrdəki açıqlamasına istinadla xəbər verir ki, iyulda şirkətin rəhbəri İlon Mask bildirmişdi ki, bu ilin sonuna qədər Avropa, Çin və digər ölkələrdə sürücü tərəfindən nəzarət (“Supervised”) ilə FSD-nin təsdiqlənməsi gözlənilir.

Sistem hazırda ABŞ və Kanadada mövcuddur. Maskın sözlərinə görə, “Tesla” həmçinin digər avtomobil istehsalçıları ilə də lisenziyalaşdırma məsələsini müzakirə edib.

Adına baxmayaraq, FSD avtomobilləri avtonom etmir onu daim nəzarətdə saxlamağı tələb edir.

Qeyd edək ki, “Full Self-Driving” hazırda ABŞ-da elektrikli avtomobil sahibləri arasında sınaqdan keçirilən “qabaqcıl” “Tesla” avtopilotudur.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: