Türkiyənin “TPAO” dövlət neft şirkəti tarixində ilk dəfə “YEK-G” yaşıl enerji sertifikatını alıb.
NUHÇIXAN xəbər verir ki, bu barədə neft şirkəti sosial şəbəkə hesablarında məlumat yayıb.
Məlumata görə, cari ilin birinci yarısında “TPAO” bölümlərinin istifadə etdiyi bütün elektrik enerjisi bərpaolunan enerji mənbələri sayəsində əldə edilib.
"Biz enerjinin transformasiyasına can atırıq və davamlı ətraf mühitin məqsədlərinə cavab verən karbon qazı emissiyalarının azaldılmasına töhfə verməyə davam edirik", - deyə “TPAO”nun məlumatında deyilir.
“YEK-G” sertifikatı ətraf mühitin qayğısına qalan şirkətlərə ictimai etimadı artırır. Nəticədə bu cür ekoloji sertifikatların sahibləri rəqibləri ilə müqayisədə bazarda daha sərfəli mövqe tuturlar.