“Ermənistan-Dağlıq Qarabağ” parlamentlərarası komissiyası buraxılmalıdır, çünki ikinci tərəf artıq səlahiyyətə malik deyil.
NUHÇIXAN Ermənistan KİV-ə istinadən xəbər verir ki, bunu ölkə parlamentinin sədri Alen Simonyan deputatların üç illik fasilədən sonra sözügedən komissiyanın çağırılması təklifinə cavab olaraq bildirib.
Onun sözlərinə görə, artıq “Dağlıq Qarabağın rəsmiləri”, o cümlədən “Dağlıq Qarabağın prezidenti” termini mövcud deyil. Spiker bir hüquqşünas kimi hesab edir ki, qeyd olunan formatın ləğvi məsələsi ciddi şəkildə müzakirə olunmalıdır.