Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) çıxa bilər, bu ehtimalı istisna etmək olmaz.
NUHÇIXAN Ermənistan KİV-ə istinadən xəbər verir ki, bunu ölkə parlamentinin spikeri Alen Simonyan brifinqdə bildirib.
"Heç nəyi istisna etmək olmaz", – o qeyd edib.
Xatırladaq ki, bir müddət əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan ölkəsinin təşkilatda iştirakını dondurduğunu açıqlamışdı.