Fələstinin HƏMAS qruplaşması artıq hərbi qurum kimi mövcud deyil.
NUHÇIXAN NDTV-yə istinadən xəbər verir ki, bunu İsrailin müdafiə naziri Yoav Qallant deyib.
O bildirib ki, 11 aydan çox davam edən müharibədən sonra HƏMAS-ın hərbi potensialı ciddi şəkildə zəifləyib.
"HƏMAS artıq hərbi birləşmə kimi mövcud deyil. Təşkilat partizan müharibəsi aparır, biz isə hələ də terrorçularla mübarizə aparır və onların rəhbərliyini təqib edirik", - müdafiə naziri qeyd edib.
Y.Qallant həmçinin beynəlxalq ictimaiyyəti HƏMAS-a təzyiqləri davam etdirməyə çağırıb.
"İsrail altı həftəlik fasiləni və girovların qaytarılmasını təmin edəcək razılaşmaya nail olmalıdır", - o əlavə edib.