Qəzza zolağında ölənlərin sayı 41 mini ötüb.
NUHÇIXAN xəbər verir ki, bu barədə anklavın Səhiyyə Nazirliyi məlumat yayıb.
Zərərçəkənlərin ümumi sayı 95 min nəfərə yaxınlaşıb.
Xatırladaq ki, 2023-cü il oktyabrın 7-də HƏMAS İsrailin nəzarətində olan ərazilərə hücum edib. Buna cavab olaraq İsrail ordusu Qəzzada hərbi əməliyyatlara başlayıb.