Rusiya ordusu Kursk vilayətində 10-a yaxın yaşayış məntəqəsini azad edib

A- A A+

Rusiya ordusu Kursk vilayətində 10-a yaxın yaşayış məntəqəsini azad edib.

NUHÇIXAN-ın məlumatına görə, bu barədə "Axmat" xüsusi təyinatlılarının komandiri Aptı Alaudinov TASS-a bildirib.

Onun sözlərinə görə, Ukrayna Silahlı Qüvvələrinin bölmələri Rusiya regionunda çox ağır itkilər verir və bu ərazini saxlamağın onlar üçün çətin olduğunu anlamağa başlayıblar.

Qeyd edək ki, sentyabrın 10-da Rusiya qoşunları Kursk vilayətində genişmiqyaslı əks-hücum əməliyyatına başlayıb. Bildirilib ki, Rusiya hərbçiləri artıq Ukrayna Silahlı Qüvvələrini Qordeevka kəndindən çıxarıb. Ümumilikdə 24 saat ərzində 10 km-dən çox ərazinin azad edildiyi qeyd olunub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: