Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz üzrə keçmiş xüsusi nümayəndəsi Toivo Klaar Aİ-nin Özbəkistandakı səfiri təyin olunması ilə əlaqədar etimadnaməsinin surətini bu ölkənin xarici işlər naziri Bəxtiyor Saidova təqdim edib.
NUHÇIXAN xəbər verir ki, bu barədə Özbəkistanın XİN başçısı “X” sosial şəbəkəsindəki hesabında paylaşım edib.
“Aİ-nin Özbəkistana yeni təyin olunmuş səfiri Toivo Klaarın etimadnaməsinin surəti qəbul edilib. Özbəkistan hökuməti Mərkəzi Asiya ilə Aİ arasında əlaqələrin möhkəmlənməsinə və nəzərəçarpacaq nəticələrin əldə olunmasına kömək etməyə çalışır”, - paylaşımda qeyd olunub.