Ermənistanın Rusiyadakı yeni səfiri Qurgen Arsenyan etimadnaməsinin surətlərini Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzinə təqdim edib.
NUHÇIXAN xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilir ki, görüş zamanı Rusiya-Ermənistan münasibətlərinin vəziyyəti və perspektivləri müzakirə olunub.