Paşinyan Ermənistanda cinayətkarlığın artdığını etiraf edib

A- A A+

“Təəssüflər olsun ki, statistika olmasa belə, adi gözlə baxanda da Ermənistanda cinayət nisbətinin artması görünür”.

NUHÇIXAN xəbər verir ki, bunu Ermənistan parlamentində çıxış edən deputat Lusine Badalyan deyib.

“Bəzən vəziyyət Ermənistan vətəndaşı üçün təhlükəli olur. Məsələn, uşaqlarımı evdən yola salanda, əvvəlkindən bir az daha çox narahat oluram. Gündən-günə cinayətlərin sayı artır - yol qəzaları, silahlı basqınlar. Hökumət ciddi təhlil və müzakirələrlə məşğuldurmu? Bəlkə daha geniş müzakirələrə ehtiyac var? Bu problemin həlli üçün səylər göstərilirmi? Bu problemin kadr, sistem xarakterli olması mümkündürmü?”, - deyə o qeyd edib.

Bu sualı cavablandıran Ermənistanın baş naziri Nikol Paşinyan deyib: “Təbii ki, hər şey mümkündür. Parlamentdə bu məsələ qaldırılarsa, dinləmələrin keçirilməsinə, məsələyə daha ətraflı baxılmasına heç nə mane olmur. Bəli, bizim sərhəddən narkotik qaçaqmalçılığı ilə bağlı problemimiz var. Çoxlu pul gətirən hər şey öz yolunu tapır. Bu mövzularda Təhlükəsizlik Şurasının iclasları çağırıldı”.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: