ABŞ administrasiyası Misirə 1,3 milyard dollar hərbi yardım edəcək.
NUHÇIXAN xəbər verir ki, bu barədə Dövlət Departamentinin sözçüsü Reuters agentliyinə bildirib.
“Bu qərar regionda sülhün inkişafı və Misirin ABŞ-ın milli təhlükəsizlik prioritetlərinə xüsusi töhfəsi, xüsusilə, Qəzzada atəşkəs razılaşmasının tamamlanması, girovların evlərinə qaytarılması, ehtiyacı olan fələstinlilərə humanitar yardımın artırılması və İsrail ilə Fələstinin radikal HƏMAS hərəkatı arasında münaqişənin yekun həllinə kömək etmək üçün vacibdir”- deyə məlumatda qeyd edilib.