Lukaşenko: Ermənistanla münasibətlərin pisləşməsində günahımız yoxdur

A- A A+

Ermənistanla münasibətlərdə bu vəziyyətin yaranmasına rəsmi İrəvanın Qərbə və Avropa İttifaqına meyl etməsi rol oynayıb.

NUHÇIXAN-ın “sb.by” portalına istinadən xəbərinə görə, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko deyib.

O vurğulayıb ki, baş verənlərə baxmayaraq, şəxsən özü ikitərəfli əlaqələrin davam etdirilməsində maraqlıdır:

“Bizimlə Ermənistan arasında əvvəlki kimi mehriban münasibətlərin qurulması yaxşı olardı. İnanın ki, bu vəziyyətin yaranmasında bizim heç bir günahımız yoxdur. Biz Ermənistana kömək etməyə çalışır, yaxından əməkdaşlıq edirdik. Lakin gördük ki, rəsmi İrəvan Qərbə və Avropa İttifaqına yönəlməyə başladı”.

Qeyd edək ki, Belarus və Ermənistanın münasibətləri iyunun ortalarından etibarən pisləşib. Nəticədə hər iki ölkə səfirlərini məsləhətləşmələr üçün geri çağırıb.

Bundan sonra Ermənistanın Baş naziri Nikol Paşinyan Lukaşenkonun hakimiyyəti dövründə Belarusa səfər etməyəcəyi barədə bəyanat verib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: