Pentaqon Ukrayna ordusunun silahları üçün vəsaitin qalan hissəsini açıqlayıb

A- A A+

ABŞ Müdafiə Nazirliyinin Konqresin Ukrayna silahları üçün təsdiq etdiyi 5,9 milyard dollardan bir qədər çox pulu var.

NUHÇIXAN-ın məlumatına görə, bu barədə jurnalistlərə Pentaqonun mətbuat katibi Patrik Rayder məlumat verib.

“Nazirliyin PDA mexanizmi (“Presidential Drawdown Authority” – ABŞ Prezidentinə Fərmanla fövqəladə hallarda Konqreslə razılaşdırılmadan xarici tərəfdaşa silah tədarük etməyə imkan verir – red.) çərçivəsində Ukraynaya yardım üçün 5,9 milyard dollar pulu qalıb. 100 milyon dollardan başqa hamısı (ölkədə gələn maliyyə ilinin əvvəlində) oktyabrın 1-də yoxa çıxır”, - hərbi məmur bildirib.

Onun sözlərinə görə, ABŞ Müdafiə Nazirliyi yaxın gələcəkdə Ukraynanı silah paketləri ilə təmin etməyə davam edəcək və PDA mexanizminin genişləndirilməsinə nail olmaq üçün Konqreslə işləyir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: