Dövlət Departamenti Yaponiyaya yanacaqdoldurma təyyarələrinin satışını təsdiqləyib

A- A A+

ABŞ Dövlət Departamenti Yaponiyaya “KC-46A” yanacaqdoldurma təyyarələri və əlaqədar avadanlıqların təxminən 4,1 milyard dollar məbləğində satılması barədə müqaviləni təsdiqləyib.

NUHÇIXAN xəbər verir ki, bu barədə Pentaqonun tərkibinə daxil olan təhlükəsizlik sahəsində əməkdaşlıq agentliyi məlumat yayıb.

Agentliyin məlumatına görə, Yaponiya hökuməti bu tip doqquza qədər təyyarə, həmçinin mühərriklər, radar və silah sistemləri və əlaqəli avadanlıqlar istəyib. Ehtimal olunan razılaşmanın regionda hərbi qüvvələrin yerləşdirilməsində əsaslı dəyişikliklərə səbəb olmayacağı gözlənilir.

ABŞ ordusunun döyüş qabiliyyəti, Pentaqonda vurğulandığı kimi, bu təyyarələrin satışı nəticəsində də zərər görməyəcək. ABŞ Konqresi artıq müqavilə barədə bildiriş alıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: