Bu ay Ukrayna Prezidenti Volodimir Zelenski ilə ABŞ Prezidenti Co Bayden arasında görüş olacaq. Onlar Ukraynanın sülh planını müzakirə edəcəklər.
NUHÇIXAN xəbər verir ki, bunu V.Zelenski Yalta Avropa Strategiyasının XX illik konfransında çıxışı zamanı bildirib.
“Bu ay Prezident Bayden ilə görüşümüz planlaşdırılıb. Mən ona qələbə planını - bir-biri ilə əlaqəli həllər sistemini təqdim edəcəyəm. Bunun sayəsində Ukrayna bu müharibəni sülhə doğru istiqamətləndirmək üçün kifayət qədər güc qazanacaq”, - deyə Zelenski bildirib.
Prezident vurğulayıb ki, Ukraynanın güclü mövqelərə ehtiyacı var. “ABŞ bu işdə kömək edə bilər. Əgər biz hər halda əsas tərəfdaşımızla qələbə istəyiriksə, o zaman mənim ABŞ Prezidentinə təqdim edəcəyim qələbə paketi möhkəm sülhə, sülh formulunun tam şəkildə həyata keçirilməsinə yol aça bilər”, - deyə Ukrayna dövlətinin başçısı qeyd edib.