Cənubi Koreyada COVID-19-a qarşı peyvənd kampaniyası başlayacaq

A- A A+

Cənubi Koreya hökuməti COVID-19-un son variantına qarşı mübarizə məqsədilə yaşlılar və risk qrupuna daxil olan insanlarla bağlı peyvənd proqramına başlayacaq. Bu barədə NUHÇIXAN xarici mətbuata istinadla xəbər verir.

Koreya Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Agentliyi (KDCA) bildirib ki, son həftələrdə ortaya çıxan KP.3 variantına qarşı immuniteti möhkəmləndirməyə kömək üçün oktyabrın 11-də immunizasiya proqramına start veriləcək. Kampaniya 2025-ci il aprelin 30-dək davam edəcək.

Yaşı 65 və daha yuxarı olan insanlar, eləcə də qocalar evləri və əlillər üçün reabilitasiya mərkəzləri kimi virusun yayılmasına məruz qalan müəssisələrdə çalışanlar pulsuz peyvənd ala bilərlər.

Bu kampaniya üçün nəzərdə tutulan vaksinlər xüsusi olaraq JN.1 ştamı ilə mübarizə məqsədi ilə hazırlanıb. KDCA nümayəndələrinin sözlərinə görə, onlar əvvəlki kampaniyalarda istifadə edilən digər peyvəndlərə nisbətən bu COVID variantının nəslindən olan KP.3-ə qarşı daha təsirli olacaqlar.

KDCA-nın məlumatına görə, sentyabrın ilk həftəsində ölkə üzrə xəstəxanaya qəbul edilən COVID xəstələrinin sayı 549 nəfər təşkil edib. 3 həftə əvvəl bu göstərici 1452 nəfər idi.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: