Birləşmiş Ərəb Əmirlikləri noyabrda keçiriləcək seçkilərdən sonra kimin ABŞ prezidenti olmasından asılı olmayaraq, “F-35” qırıcılarının alınması ilə bağlı danışıqları bərpa etmək istəmir.
NUHÇIXAN xəbər verir ki, bu barədə “Reuters” BƏƏ hökumətindəki mənbəyə istinadən məlumat yayıb.
Yüksək vəzifəli məmur agentliyə müsahibəsində qeyd edib ki, sövdələşmənin 2021-ci ildə bağlanmasına mane olan hallar dəyişməz olaraq qalır. O əlavə edib ki, BƏƏ hökuməti hələlik ABŞ-la müzakirələri davam etdirməyi planlaşdırmır.
Onun sözlərinə görə, yenidən nəzərdən keçirmək zərurəti texniki tələblər, əməliyyat məhdudiyyətləri və xərc-fayda qiymətləndirmələri ilə bağlıdır.