Haitidə yanacaq tankerinin partlaması nəticəsində 24 nəfər ölüb

A- A A+

Haitidə yanacaq daşıyan yük avtomobilinin partlaması nəticəsində 24 nəfər həlak olub.

Bu barədə NUHÇIXAN “Reuters”ə istinadən xəbər verir.

Qeyd olunub ki, hadisə Nippes departamentinin Miraqoane şəhəri yaxınlığında qeydə alınıb. Belə ki, yük maşınının çəni başqa nəqliyyat vasitəsi tərəfindən deşilib və insanlar yanacaq toplamaq üçün həmin əraziyə axışıblar. Nəticədə partlayış baş verib.

Partlayışda xəsarət alan 40 nəfərin yarısına üçüncü dərəcəli termik yanığı diaqnozu qoyulub. Haiti xilasetmə xidmətinin bəyanatında isə deyilir ki, ölənlərdən üçü qadın, biri isə uşaqdır.

Haitinin Baş naziri Harri Konil partlayışın olduğu əraziyə gedib. O bildirib ki, ağır yanıq xəsarətləri alanların bəziləri xüsusi yardım almaq üçün helikopterlə təxliyə edilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: