Kiyev Polşanın Aİ-dəki bəzi ukraynalılar üçün müavinətləri dayandırmaq çağırışını dəstəkləyib

A- A A+

Ukraynanın xarici işlər naziri Andrey Sibiqa Polşanın Avropa İttifaqında yaşayan və hərbi xidmət üçün yararlı olan ukraynalı qaçqınlara müavinətlərin ödənilməsini dayandırmaq təklifini alqışlayıb.

Bu barədə NUHÇIXAN  “Reuters”ə istinadən xəbər verir.

“Həqiqətən də, Avropa İttifaqında ukraynalıların vətənlərinə qaytarılması üçün proqramların hazırlanması məsələsini gündəmə gətirməyin vaxtı çatıb. Təbii ki, bunun üçün müvafiq şərait yaradılmalıdır, lakin bu, gündəmdə olmalıdır. Mən nazir Sikorskinin ideyasını dəstəkləyirəm”, - deyə Sibiqa bildirib.

Bundan əvvəl Polşanın xarici işlər naziri Radoslav Sikorski bəyan edib ki, Avropa ölkələrindəki gənc ukraynalılara sosial müavinətlərin ödənilməsini dayandırmaq lazımdır. Onun fikrincə, bu, Ukraynaya Silahlı Qüvvələrin sıralarını artırmağa kömək edəcək.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: