Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Xarici Kəşfiyyat Xidmətinin direktoru və Terrorla Mübarizə Xidmətinin rəisini vəzifəsindən azad edib.
NUHÇIXAN xəbər verir ki, bu barədə Qazaxıstan liderinin mətbuat xidməti məlumat yayıb.
“Ruslan Temirqaliyeviç Seysembayev Qazaxıstan Respublikası Milli Təhlükəsizlik Komitəsi sədrinin müavini - Terrorla Mübarizə Xidmətinin rəisi, eləcə də Amerxanov Askar Baymerdenoviç Qazaxıstan Respublikası Milli Təhlükəsizlik Komitəsinin sədr müavini - Xarici Kəşfiyyat Xidmətinin direktoru vəzifəsindən azad edilib”, - məlumatda bildirilib.
Bu qərarlarının səbəbləri göstərilmir.