Fransada gənclər təşkilatları və birlikləri insanları sentyabrın 21-də Makron-Barnye hökumətinə qarşı nümayişlərə çağırıb.
NUHÇIXAN xəbər verir ki, parlament seçkilərində qalib gələnlər təslim olmaq niyyətində olmadıqlarını bəyan ediblər.
“Parlament seçkilərində solçuların qələbəsinə baxmayaraq, E.Makron ifrat sağçı, sosial tədbirlərə qarşı, antimiqrant, keçmişdə homofob olan Marin Lö Penin razılığı ilə Mişel Barnyeni baş nazir təyin etdi”, - deyə təşkilatçılar bildiriblər. Onlar xalqı demokratiyanın tapdalanmasına qarşı təcili tədbirlər görməyə çağırıblar.
Etiraz nümayişinə çağırışı imzalayanların siyahısında müxtəlif gənclər təşkilatları və həmkarlar ittifaqları yer alıb.