Ermənistan Baş Prokurorluğu eks-prezident Serj Sarkisyanın bəraət hökmündən Antikorrupsiyaya Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verib.
NUHÇIXAN Ermənistan KİV-ə istinadən xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.
S.Sarkisyan mayın 31-də “dizel işi”ndə cinayət tərkibi olmadığına görə bəraət alıb. Məhkəmə iş üzrə digər şəxslərə - 2013-cü ildə Kənd Təsərrüfatı Nazirliyində bitkiçilik idarəsinə rəhbərlik etmiş "Flash" şirkətinin sahibi (neft məhsulları idxalçısı) Barseq Beqlaryan və Gevorq Arutyunyana da bəraət verib.
Eks-prezidentə qarşı ittihamların mahiyyəti ondan ibarət idi ki, o, 2013-cü ildə "Fleş" şirkətinə fermerlər üçün subsidiyalaşdırılmış dizel yanacağının tədarükü üzrə tenderi qazanmağa kömək edib. Şirkət rəqiblərindən 1 milyon dollar yüksək qiymət təklif etməsinə baxmayaraq, yenə də müqavilə əldə etmişdi.