Rusiya Dövlət Tretyakov Qalereyası bütün ekspozisiyalarını xüsusi mühafizə cihazları ilə təchiz edəcək.
NUHÇIXAN xəbər verir ki, bunu jurnalistlərə qalereyanın direktoru Zelfira Trequlova bildirib.
Xatırladaq ki, yanvarın 27-də Tretyakov qalereyasında XIX əsr rus rəssamı Arxip Kuincinin məşhur “Ay-Petri” əsəri oğurlanmışdı. Hüquq-mühafizə orqanları şəkli oğurlamış şəxsi saxladıqdan sonra əsəri tapıblar. Rəsmin qiyməti bir milyon dollar məbləğində qiymətləndirilir.
Arxip Kuincinin sərgisi Tretyakov qalereyasında ötən il oktyabrın 6-dan keçirilir. Sərgidə rəssamın Rusiyada, habelə xarici ölkələrin muzeylərində, o cümlədən Azərbaycanda saxlanılan 200-ə yaxın əsəri nümayiş olunur.