İranın Şiraz və Qurqan şəhərlərindəki həbsxanalarda azı altı məhbus barəsində məhkəmənin qəbul etdiyi ölüm hökmü icra olunub.
NUHÇIXAN “ir.voanews”a istinadən xəbər verir ki, məlumatı İranın hüquq müdafiəçiləri yayıb.
Bildirilib ki, İranın 21 həbsxanasında “Edamsız çərşənbə axşamı” şüarı altında 34 gündür edam hökmlərinin icrasının dayandırılması tələbi ilə aclıq aksiyası keçirilir.
Məlumata görə, İran edam hökmlərinin icrası üzrə dünyada öndə gedir.