Noyabrın 8-də Ankaradakı Ticarət Palatasının binasında Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən biri, şair və maarifçi Əhməd Cavadın xatirəsinin anılacağı tədbir keçiriləcək.
NUHÇIXAN xəbər verir ki, bu barədə Türkiyənin Milliyyətçi Hərəkat Partiyası (MHP) sədrinin baş müşaviri, Ankaradakı Əhməd Cavad adına İnstitutun rəhbəri Ruhi Ersoy məlumat verib. Onun sözlərinə görə, Azərbaycan xalqının 44 günlük Vətən müharibəsində Zəfərinə həsr olunacaq tədbirdə Azərbaycan Respublikası Dövlət Himninin sözlərinin müəllifinin də xatirəsi anılacaq.
Tədbir çərçivəsində fotosərgi təşkil olunacaq, həmçinin konsert proqramı təqdim ediləcək. Müxtəlif türkdilli ölkələrin tanınmış ifaçılarının Əhməd Cavadın sözlərinə bəstələnmiş məşhur “Çırpınırdı Qara dəniz” mahnısından kupletləri də oxuyacağı gözlənilir.