Bill Qeyts: İqlim dəyişikliyinin yaratdığı qida çatışmazlığı uşaqların sağlamlığına mənfi təsir edəcək

A- A A+

Qida çatışmazlığı dünyanın ən böyük uşaq sağlamlığı problemidir və iqlim dəyişikliyi bununla bağlı vəziyyəti daha da pisləşdirəcək. Bu sözləri “Microsoft” şirkətinin həmtəsisçisi, xeyriyyəçi Bill Qeyts deyib.

NUHÇIXAN xəbər verir ki, Bill və Melinda Qeyts Fondunun çərşənbə axşamı dərc etdiyi hesabata görə, 2050-ci ilə qədər iqlim dəyişikliyi nəticəsində 40 milyon uşaq inkişafdan qalma problemi yaşayacaq, 28 milyon azyaşlı isə ifrat arıqlamadan əziyyət çəkəcək.

Bill Qeyts “Reuters” agentliyinə onlayn müsahibəsində uşaqların fiziki və zehni sağlamlığı məsələlərinə toxunub: “Ümumiyyətlə, həm ana bətnində, həm də ilk illərdə düzgün qidalanma olmasa, uşaq heç vaxt tam yetişə bilməyəcək. Yetərincə qidalanmanın olmaması ilə orqanizmin inkişafında problemlər yaranacaq. Düzgün qidaları kifayət qədər qəbul etməyən uşaqlar qızılca, malyariya kimi xəstəliklərə, erkən ölümlərə daha həssasdırlar. İqlim dəyişikliyinin mənfi təsirlərinin təxminən 90 faizi qida sisteminə aiddir. Elə illər var ki, quraqlıq və ya leysan yağışları səbəbindən məhsul olmur”.

Qeyts Fondu yanvar ayında daha geniş maliyyələşdirmə səylərinin dayandırıldığı üçün bu il qlobal sağlamlıq üçün əvvəlkindən daha çox - 6,8 milyard dollar xərcləməyi planlaşdırdığını bəyan edib.

Ümumdünya Səhiyyə Təşkilatının hesablamalarına görə, 2023-cü ildə 148 milyon uşaq inkişafdan qalıb, 45 milyon uşaq isə qida çatışmazlığı səbəbindən fiziki cəhətdən tükənib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: